Naxçıvan Arxeoloji Proyekti araşdırmaların və qazıntıların ikinci mövsümü üçün Azərbaycana, Oğlanqalaya qayıtdı. 2009-cu ilin qazıntı mövsümündə biz iki sahədə: sidateldə yerləşən inzibati binada və sidatelin cənub-şərqində yerləşən kiçik xüsusi binaların ərazisində geniş qazıntıya başladıq (Şəkil 1). Katlin Nikol və Bredli Parker (Utah universiteti) 2006-cı ildə Şərur rayonu ərazisində qeydə alınan Erkən Tunc və Dəmir dövrü abidələrini yenidən araşdırmaq üçün iki həftə ərzində bizə qoşuldu. Onlar həmçinin qalanın yaxınlığında sivil yaşayış yerinin olub olmadığını öyrənmək üçün bilavasitə Oğlanqalanın ətrafında piyada gəzinti proyektini başlatdılar. 2009-cu ilin qazıntıları olduqca mühüm idi, belə ki, bu тədqiqatlar Oğlanqala yaşayış yerinin stratiqrafiyası haqqında bizdə aydın fikir yaratdı. Biz indi bilirik ki, saray e.ə. 800 və 750-ci illərdə tikilmişdir (IIIa Dövrü) və sarayın kim tərəfindən tikildiyi də bizə tamamilə aydındır. İkinci əsas məskunlaşma dördüncü yüzillikdə, ehtimal ki, Əhəməni imperiyasının sonunda, yaxud Makedoniyalı İsgəndərin işğallarından sonra olmuşdur (IIIb Dövrü). Üçüncü məskunlaşma mərhələsi sidatelin saray hissəsindəki çuxurlar və yaşayış yerinin cənubunda, e.ə. 100-b.e.100–cü illəri ilə tarixlənən arxitektura qalıqları ilə təmsil olunmuşdur (II Dövr). Sidatelin səngərlərdən, müvəqqəti sığınacaqlardan, qəbirlərdən əldə edilən sonuncu arxeoloji tapıntıları birinci dünya müharibəsi və Naxçıvanın Sovet qoşunları tərəfindən işğalı ilə həmdövrdür (I Dövr).
IIIb Dövrü: Urartunun sərhədlərində (e.ə. 800-600)
E.ə.8-ci yüzilliyin əvvəllərində Ararat və Horom düzənliyində xeyli Urartu qalaları tikilmişdir, ancaq get-gedə artan məlumatlar təsdiq edir ki, Oğlanqala Urartu şəhəri olmamışdır. Buradan aşkar edilmiş arxitektura qalıqları, komplesin planı, gil qabların özünəməxsuluğu göstərir ki, Oğlanqala Şərur düzənliyini əhatə edən kiçik, yerli krallığın mərkəzi olmuşdur. Ehtimal ki, Oğlanqala müəyyən mərhələdə Urartunun e.ə. 9-cu və 8-ci əslərdə müharibələr apardığı və urartuların Etuini adlandirdığı kiçik tayfaların və dövlətlərin birliyinə daxil olmuşdur. Lakin Etuini uzaq şimalda, Göyçə (indiki Sevan) gölünün yaxınlıgında yerləşirdi. Naxçıvanda Urartuların iki mixi yazısı, biri yaşayış yerindən 75 km cənub-şərqdə, İlandağda, digəri Fərhad evi adlanan Orta əsr karvansarasının yaxınlığında tapılmışdır (Şəkil 2). Fərhad evi kitabəsi tamamilə dağilmışdır, lakin İlandağ kitabəsi İşpuini və Menuanın adını xatırlayır, e.ə. 820 və 810-cu illərdə onların hərbi hücumları və qələbələrinndən bəhs edir. Onların bir metr uzunluğundakı yazısına görə Işpuini və Menua Арсиние и Аниа torpaqlarını işğal etmələri, Pluadidə kitabə qoymaları, urartuların hərbi Allahı Xaldinin şərəfinə qurban vermələri ilə fəxr edirmişlər. Kitabənin təntənəli şəkildə yazilmasına baxmayaraq Urartular heç vaxt bu ərazini işğal etməmişlər. Çünki burada Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlil yoxdur.
Beləliklə, Oğlanala Urartunun sərhədləri yaxınlığında yerləşmiş və bizim qazıntılara görə onun ilk tarixi Urartu ilə bağlı olmuşdur (Şəkil 3). Oğlanqaladan tapılan keramika və digər nümunələr Oğlanqalanın Urartu ilə, həmçinin İran və Gürcüstanın digər cəmiyyətləri ilə ticarət əlaqələri saxladığını təsdiq edir. Saraydan tapılan və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçalrı Oğlanqalanın yazı sistemini də Uartudan mənimsədiyini göstərir Oğlanqalanın cənub-şərqində IIIa dövrünə aid binaların tədqiqi yaşayış yerində əhalinin böyük qisminin maldarlardan ibarət olduğunu göstərir. Etimal ki, onlar burada hər il yalnız bir neçə ay qalaraq Arazboyu otlaqlardan öz məqsədləri üçün istifadə etmişlər. Bu maldarlar, ehtimal ki, geniş ərazilərdə səyahət edərək bizim qazıntılardan əldə etdiyimiz ekzotik malları buraya gətirmişlər. Digər əşyalar Oğlanqalaya diplomatik hədiyyələr və geniş ticarət əlaqələri nəticəsində gətirilmişdir.
IIIa Dövrü: Əhəməni imperiyasının sonu (e.ə. 400-300 )
Sidatelin tikilməsindən dörd yüz il sonra Oğlanqalanın qədim sakinləri əvvəlki sidatelin qalıqları üzərində yenisini tikməyə başladılar. Tikinti zamanı onlar mərkəzi həyətdə 700m2 (7,500 kv. fut) sahədə iki müxtəlif yerli olmayan daş cinslərindən hazırlanmış sütunlar yerləşdirdilər. Sütunlar dağa, ehtimal ki, əvvəlcədən yarımişlənmiş şəkildə qaldırılmışdır (Şəkil 4). Daşyonanlar bu sarayda böyük sütunlar qurmaq üçün zəng tipli sütun altlıqları, sütunlar, sütun başlıqları hazırlayırdılar. Lakin bu layihə yarımçıq qalmışdır. Bəzi sütunların orijinal kvadrat plitələrdən yonulması prosesi başa çatmamışdır. Digrlərinin qaldirmaq üçün qabarıq çıxıntıları vardır. Sütun altlıqları hamarlanmamış və cilalanmamışdır (Şəkil 5).
E.ə. 4-cü əsrin sonuna aid materiallar müəmmalıdır, indiyədək onların hansı mədəniyyətə aid olduğunu müəyyən etmək çətinlik törədir. Binanın bu səviyyəsindən olan C14 tarixlər 4-cü yüzilliyi, e.ə. 340-320 –ci illəri əhatə edir. Bu göstərir ki, yaşayış yeri ya son Əhəməni, ya da Ellin dövrünə aiddir. Sütunları və gil qabları nəzərə alaraq tikintinin Əhəməni dövrünə aid olmasını ehtimal etmək olar. Lakin saray başa çatmadan tərk edilmişdir.Yəqin ki, sonuncu Əhəməni hökmdarı öldükdən sonra imperiyaya Makedoniyalı İsgəndər yiyələnmişdir.
II Dövr: Xarabalıqda ziyafət (e.ə. 100 – b.e. 100-cü ili)
Dəlillər göstərir ki, Oğlanqala sarayı tərk edildikdən dərhal sonra bu ərazdə təqribən iki yüz il ərzində məskunlaşma olmuşdur. IIIb sarayının xarablıqlarında 100-ə yaxın tullantı çuxuru, qəbirlər və ocaqlar düzəldilmişdir (Şəkil 6). Onların bəzisini IIIa Dövrü ilə tarixləndirmək olar, ehtimal ki, bunlar sarayın bərpası üzərində işləyən fəhlələr tərəfindən qazılmışdir. Digərləri, xüsusilə heyvan skeletləri olan bir neçə böyük çuxur, mətbəx və xidmət qabları II Dövrlə tarixlənir (Şəkil 7). II Dövrün çuxurları heç bir arxitektura və yaşayış qalıqları ilə bağlı deyil. Hаnnаh Лau (UCLA) bu çuxurun heyvan sümüklərini analiz edir. Onun analizlərinin lkin mərhələdə olmasina baxmayaraq faktlar göstərir ki, çuxurdakı heyvan sümükləri yaşayış yerinin digər sahələrindən tapılanlardan fərqlənir. Bu heyvan sümükləri sarayın xarabalıqlarında ziyafət zamanı və digər tədbirlərdə yeyilən mal və qoyunların qalıqları ola bilər. 2008-ci ildə aşkar olunan Əhəməni binası indi analizlərə əsasən II dövrə aid edilir və Oğlanqalada böyük bir dövr ərzində məskunlaşma olduğunu göstərir. Saray tərk edildikdən sonra onun möhtəşəm divarları öz əhəmiyyətini itirməmişdir. Ehtimal ki, qədim sarayda ziyafət verilməsi II Dövr hökmdarlarının hakimiyyətini möhkəmləndirmək vəzifəsinə xidmət etmişdir.
I Dövr: Birinci dünya müharibəsi
Ellinistik ziyafətlərindən təqribən 2000 min il sonra Oğlanqala kiçik bir müddət ərzində, ehtimal ki, 1919-1920-ci illərin yayında müvəqqəti olaraq yenidən məskunlaşdırılmışdır. Birinci Dünya müharibəsi dövründə Avropada müharibə qurtardıqdan sonra Qafqaz cəbhəsində döyüşlər və atışmalar davam edir, Türkiyə, Böyük Britaniya, ABŞ və Sovet İttifaqının hərbi və diplomatik ziddiyyətlərində dolaşıq salınmış Cənubi Qafqazın kiçik müstəqil dövlətləri – Azərbaycan, Ermənistan və Gürcüstan onlara qarşı mübarizə aparırdı. 1919-сu ilin iyununda Naxçıvanın Azərbaycan dilində danışan əhalisi erməni işğalçılarına qarşı çıxaraq bu eksklavda qısa müddətli müstəqil dövlət yaratdılar. Bir ildən sonra Cənubi Qafqazın işğalını başa çatdırmaq məqsədi ilə Sovet tankları Naxçıvana yeridildi. Xaosda qalan Naxçıvanın kənd sakinləri və müqavimət hərəkatının mübarizləri təpələrə sığındılar. Onların bəziləri Oğlanqala sarayının xarabalıqlarında düşərgə salaraq qədim daşlardan istifadə edərək müdafiə üçün müvəqqəti sığınacaqlar yaratdılar (Şəkil 8). Bu dövrə aid aşkar edlən 18 müasir qəbir Amber Veekes tərəfindən onun Pennsilvaniya Universitetindəki MA dissertasiyasi üçün analiz edilir. Ölənlərin içərisində yeddi uşaq və bir qadın vardır. Digər onu gənclərdir. Uzun geyimindən qalan düyməyə görə demək olar ki, onların biri Rusiya İmperiyasının ordusunda xidmət etmişdir (Şəkil 9). Beləliklə 2009-cu ilin qazıntıları gələcəkdə yaşayış yerində tədqiqatları davam etdirmək üçün şərait yaratdı. Gələcək qazıntılar zamanı Oğlanqala yaşayış yeri və onun qonşularla əlaqələri postoral yerdəyişmələr nöqteyi nəzərindən, sərhədlərin dinamikası və müqavimət hərəkatının arxeologiyası baxımından öyrəniləcəkdir.