3

2006 Season

2006-cı ildə bizim başladığımız iş Amerika və Azərbaycan alimləri arasında uzunmüddətli əməkdaşlığın başlangıcını qoydu. Əvvəlcə Naxçıvanın qərbində, Şərur rayonunda, Arpaçay vadisində arxeoloji kəşfiyyat işləri apardıq (şəkil 1 və şəkil 2). Burada biz Eneolit dövründən Orta əsrlərdək müxtəlif dövrləri əhatə edən 45 abidəni tədqiq etdik. Bu abidələrə keramika məmulatı, daş alətlər, qəbiristanlıqlar, qalalar və yaşayış yerləri daxil idi. Daha sonra biz 2-ci Kültəpə və 1-ci Maxta Kültəpəsinin Kür-Araz dövrü təbəqəsində (təqribən e.ə. 3500-2400-cü illzr) 2 X 2 m sahədə qazıntı işləri apardıq (şəkil 3). Arxeoloqlar Kür-Araz mədəniyyətinə aid keramika məmulatını Şimali Qafqaz, Cənubi Qafqaz, İran, Anadolu hətta Cənubi Levantda da aşkar etmişlər. Olduqca böyük əraziyə yayılan bu maddi-mədəniyyət Qərbi Asiyanın tatixəqədərki dövründən məlumdur. Bununla belə biz nəvaxtsa qırmızı və qara rəngli gil qablarda nahar edən, nalşəkilli ocaqlarda yemək hazırlayan, yuvarlaq evlərdə yaşayan, mütəhərrik sitayiş əşyaları hazırlayan bu insan cəmiyyətinin təbiəti haqqında çox az bilirik. 1-ci Maxta və 2-ci Kültəpədə biz bu minilliyi əhatə edən radiokarbon tarixləri bərpa etmək imkanı əldə etdik və bu həmin dövrün mütləq xronologiyasını aydın başa düşməyə imkan verdi. Biz həmçinin bu iki yaşayış yerinin iqtisadiyyatını tədqiq etməyə diqqət yönəltdik, bilmək istədik ki, köçəri yerdəyişmələr bu materialın yayılmasının aydınlaşdırılmasına kömək edə bilərmi?(şəkil 4). Botaniki materiallar və fauna qalıqlarının analizi, onların tədqiqi davam edir və araşdırmalar az öyrənilən bu fenomeni aydınlada bilər (şəkil 5).

Figure 1
Figure 2
Figure 3
Figure 4
Figure 5